ABŞ prezidenti postuna Respublika Partiyasının namizədi Donald Tramp seçkilərdə şübhə etmədiyi qələbəsini Nyu-Yorkda bayram etməyə hazırlaşır.

Unikal.org TASS-a istinadən xəbər verir ki, Donald Trampın seçki kampaniyasının qərargahı tədbirin noyabrın 8-də axşam saatlarında Manhetten rayonunun mərkəzində yerləşən "Hilton otelində təşkil olunacağını bildirib. Giriş "yalnız Tramp-Pens kompaniyasının dostları və tərəfdarları üçün dəvətnamələr əsasında olacaq.

Bir qədər əvvəl Demokratik Partiyanın namizədi Hillari Klintonun qərargahı keçmiş dövlət katibinin seçkiqabağı yarışın başa çatmasını təntənə ilə qeyd edəcəyi barədə məlumat yayıb.

Xanım Klinton da tədbiri Manhetten rayonunda - "Jacob Javits konfrans zalında keçirməyi planlaşdırır.