- İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlər var. Biz onları daim diqqətdə saxlayırıq. Bəzən hətta bizim tövsiyələrimizlə kanal rəhbərləri bu tip verilişlərə qarşı tədbirlər görür. Biz bu məsələlərin qarşılıqlı anlaşma yolu ilə həll olunmasını istəyirik. Bu işdə əsas rol televiziya kanallarının üzərinə düşür. "Qara siyahıdakı verilişlərin sayı nisbətən azalıb.
- Azərbaycan kimi ölkə üçün ümumrespublika yayımçılarının sayı həddən artıq çoxdur. Bunu indiki reklam bazarına, auditoriyaya baxıb deyirəm. Qonşu Türkiyədə 24, Gürcüstanda isə 4-5 ümumrespublika yayımçısı var. Azərbaycanda isə ümumrespublika yayımçılarının sayı 10-dur. Bu, böyük rəqəmdir. Hələlik yeni telekanalın açılması haqda düşünmürük.
- Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında 21 dekabr 2015-ci il tarixli fərmanına əsasən, Milli Televiziya və Radio Şurasının teleradio fəaliyyəti sahəsində səlahiyyəti ləğv edilib. Fərman bu ilin iyunun 1-dən qüvvəyə minib. Bu sahədə lisenziyalar İqtisadiyyat Nazirliyitərəfindən veriləcək. Şuranın burada nəzarətedici funksiyası saxlanılacaq? Ümumiyyətlə, lisenziya verilməsi prosesi necə tənzimlənəcək?
- Bu yaxınlarda Azərbaycanda teleradio yayımı fəaliyyətinin dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü sayılması ilə bağlı Milli Məclisdə qanun qəbul edilib. "Lisenziyalar və icazələr haqqında qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik təklifi irəli sürülüb. Artıq bu qanunun qəbulu ilə teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyi sahələrə aid edilib. Teleradio yayımı müsabiqəsiz həyata keçirilərsə, bu sahəni necə tənzimləmək olar? Yayımçılar üçün həddən ağır şərtlər var. Teleradio yayımçısı ölkə vətəndaşı olmalı, məhkumluğu olmamalıdır. Partiyalar, dini birliklər yayımla məşğul ola bilməz. Təsisçilər haqda yuxarıdakı məlumatları kim müəyyənləşdirəcəkdi? Təbii ki, Milli Televiziya və Radio Şurası.
- Yəni əvvəl olduğu kimi yayımçılara lisenziyanı Şura verəcək?
- Bəli, əvvəlki qaydada bu proses bizim tərəfimizdən həyata keçiriləcək. Milli Məclisdə qəbul olan sonuncu qanun bu hüququ bizə verir.
- Bu ilin 22 oktyabrında "Mədəniyyət telekanalının lisenziyasının müddəti başa çatıb. Telekanalın lisenziya müddətinin uzadılması məsələsinə baxılacaq?
- Növbəti iclasımızda "Mədəniyyət telekanalının lisenziyasının uzadılması məsələsinə baxacağıq.
- 161 min manat məbləğində cərimə ANS ÇM-dən tam şəkildə tutulub?
- Lazım olan işləri görmüşük. Digər məsələləri Ədliyyə Nazirliyinin müvafiq qurumları həll edəcək.
- Şura ötən ilin sonu, bu ilin əvvəlində kabel şəbəkəsi yayımı ilə məşğul olan çox sayda hüquqi və fiziki şəxsə lisenziya verib. Hazırda qeyri-qanuni kabel şəbəkəsi yayımı hallarına rast gəlinir?
- Çox təəssüf ki, bu hal davam edir. Azərbaycanda internet yayımının sürətlənməsi, internetdən istifadənin artması Azərbaycanda kabel şəbəkəsinin yeni formalarının artmasına gətirib çıxartdı. Bu yayımın digər ərazilərə çatdırılması və keyfiyyətin artırılması, kanalların sayının artırılması baxımından müsbət addımdır. Lakin bundan sui-istifadə edənlər olur. Lisenziya almadan, çoxmərtəbəli binaların üzərinə texniki avadanlıqlar quraşdıraraq qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar şəxslər var.
- MTRŞ İTV-ni "Qarabağnaməçoxseriyalı bədii televiziya filminiyarımçıq dayandırdığına görə məhkəməyə verib. İşə hazırda Ali Məhkəmədə baxılır. Artıq telekanalda "Qarabağnamənin anonsu yayımlanır. Serial təhvil verilsə, iddianızdan geri çəkiləcəksiniz?
- Telekanallar seriallara ayrılan vəsaiti çox böyük həvəslə qəbul etdi, amma serialı çəkib tamaşaçılara göstərməkdə problem yaratdı. Bu səbəbdən çox ciddi addımlar atmaq məcburiyyətində qaldıq. Öhdəliklərini yerinə yetirməyən həm İTV-ni, həm də ANS-i məhkəməyə verdik. Hazırda məhkəmə prosesləri davam edir. Bu yaxınlarda mənə məlumat verdilər ki, artıq İTV "Qarabağnamənin çəkilişi başa çatdırıb. Biz məhkəmədə pulun geri qaytarılmasını yox, pulun doğru xərclənməsinə nail olmaq istəyirik. Baxmayaraq ki, həmin vəsait çoxdan xərclənib. İTV öz öhdəliklərini yerinə yetirsə, müqavilə şərtlərinə əməl etsə, iddiamızdan geri çəkilə bilərik.
- 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 2 (iki) milyon manatvəsaitin ümumrespublika özəl televiziya yayımçılarına (ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV) bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib. Bu qərarın icrasına nəzarət edilirmi?
- Televiziyalarda ədəbi dillə bağlı vəziyyət ürəkaçandırmı?
- Ümumiyyətlə, efirdə Azərbaycan dili mövqeyini tam olaraq, qoruyub saxlayır. Bunun haqqında Milli Televiziya və Radio Şurası xüsusi qərarlar qəbul edib. Amma bundan sonra keyfiyyət məsələsi ortaya çıxır. Azərbaycan ədəbi dilinin qorunması, inkişaf etdirilməsi ciddi məsələdir. Bu, təkcə televiziyaların işi deyil. Şura öz səlahiyyətləri daxilində çalışır ki, bunları etsin. Hətta bir neçə il davamlı şəkildə Dilçilik İnstitutunun əməkdaşları ilə birgə monitorinqlər apardıq və bunun nəticələrini ictimaiyyətə açıqladıq. Bunun müəyyən mənada xeyri oldu. Amma Şurada dilçilik sahəsində mütəxəssislər yoxdur. Eyni zamanda, hər bir aparıcı efirdə öz fikrini sərbəst ifadə edir. Artıq onun danışığının ədəbi dil qaydalarına uyğun olub-olmamağını biz müəyyənləşdirə bilmirik. Dilçilik İnstitutu hansısa kanalın Azərbaycan ədəbi dil qaydalarını mütəmadi olaraq, kobud şəkildə pozması barədə bizi məlumatlandırsa, müəyyən addımlar ata bilərik.