Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.
Unikal.org-un Report-a istinadən xəbərinə görə, bu barədə Binəqədi Rayon Polis İdarəsinə (RPİ) 1957-ci il təvəllüdlü Südabə Qasımova ərizə yazaraq məlumat verib.
O qeyd edib ki, 2014-cü ilin aprel ayında 1963-cü il təvəllüdlü Çingiz Mehdiyev və 58 yaşlı Ruslan Quliyev onu işə düzəltmək adı ilə aldadıb və 64 377 manat pulunu alıb.
Faktla bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb.