Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxslər əslən Azərbaycandan olan qızı Orconikidze küçəsində yerləşən yaşadığı mənzildən qaçırıblar.

Bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

Moskva rayon polis bölməsinə qızın 45 yaşlı anası müraciət edib. Onun sözlərinə görə, cinayətkarlar dekabrın 11-də mənzilə soxularaq qızı qaçırıblar. Hadisə zamanı qızın anasını vurublar.

O qeyd edib ki, qızı qaçıranlardan biri əslən azərbaycanlıdır. Şikayətçinin məlumatına görə, həmin şəxs cinayəti törətmək üçün iki naməlum şəxsi də cəlb edib.

Qaçırılan qız anası və nənəsi ilə birgə yaşayırdı, atası vəfat edib. Rusiya KİV-i qızın adını dəqiqləşdirmir.(oxu.az)