Masallıda qətl hadisəsi baş verib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayon ərazisində yerləşən otellərdən birində qeydə alınıb.

Salyan rayon sakini, 22 yaşlı Röya Novruz qızı Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, aldığı yaradan yerindəcə dünyasını dəyişib. Qadının meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

İlkin versiya kimi qətlin R.Novruzovanın keçmiş həyat yoldaş, 1975-ci il təvəllüdlü Masallı sakini İbrahim Paşa oğlu Muradov tərəfindən qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Onun saxlanılaraq istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.