Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən Əli Novruzovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Mahir Abbasov çıxış edərək təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqında sübuta yetirildiyini deyib.
Prokuror Ə. Novruzovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Ə. Novruzov Bakıda mənzillərə girərək oğurluq edib. O, zərərçəkmiş şəxslərə ümumilikdə 100 min manatdan çox ziyan vurub.