Dekabrın 10-da axşam saatlarında Bakı şəhərinin Sabunçu rayonunda - Bakıxanov qəsəbəsindəki "Uğur 2" yaşayış kompleksinin 19-cu mərtəbəsindən özünü atan qadının kimliyi müəyyənləşib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində intihar edən şəxsin Sabunçu qəsəbəsinin sakini, 1953-cü il təvəllüdlü Belova Nadejda Nikolayevna olması bəlli olub.
Bildirilir ki, N.Belova həmin binada yaşamayıb. O, axşam saatlarında binaya daxil olaraq liftlə 19-cu mərtəbəyə qalxıb və burada dəhlizin pəncərəsindən özünü atıb. O, həyətdəki "KİA" markalı avtomobilin üstünə düşüb və yerindəcə keçinib. 19-cu mərtəbədən Nadejda Belovanın paltosu və ayaqqabıları tapılıb.
Araşdırmalar davam etdirilir.