Bakıda Abbas Ağalarovun xatirəsinə keçirilmiş beynəlxalq turnirdə İsrail yığmasının boksçusu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Unikal.org Report-a istinadən xəbər verir ki, 69 kq çəkidə çıxış edən 16 yaşlı Deresh Pablo döyüş zamanı zədələnib.
O, ötən gün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Federasiyanın baş katibi Nağı Səfərov idmançının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsini təsdiqləyib.
O bildirib ki, D.Pablo xəstəxanada tibbi müayindən keçib, tamoqrafiya olunub. Tibbi müayinədən sonra D.Pablo komandanın yerləşdiyi hotelə yola salınıb. N.Səfərov İsrail yığmasının bu axşam Azərbaycanı tərk edəcəyini də vurğulayıb.