Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərində qeyri-adi fleşmob keçirilib.

"Rossiyskaya qazetaya istinadən xəbər verir ki, 400 avtomobil xüsusi formada düzülərək "yolka yaradıb.

Fleşmobun təşkilatçılarının sözlərinə görə, son rekord srağagün Xabarovskda 92 maşınla qeydə alınmışdı. Peterburqlular isə bu göstəricini dörd dəfədən də çox üstələyiblər.

Fleşmobda avtomobilləri ilə iştirak edən sürücülər bildiriblər ki, özlərini ucu-bucağı görünməyən tıxacdakı kimi hiss edirdilər.