Smart kartla olan ödənişlərin həyata keçirilməsində ciddi problem yaranıb. 

Unikal.org xəbər verir ki, "Milliön", "Easy pay", "Exspress pay" və.s. kimi ödəniş terminallarında vətəndaşlar işıq və qaz kartlarına ödəniş edə bilmirlər. Bu səbəbdən müxtəlif yerlərdə terminalların qarşısında insan sıxlığı müşahidə olunur. Problemlə üzləşən bir neçə vətəndaş Unikal.org-a bildirib ki, hazırda qaz və işıq smartkartına ödəniş edə bilmədiyi üçün bayramı qaranlıqda və soyuqda keçirmək məcburiyyətindədir. Onlar qeyd ediblər ki, yaranan problem sabahdan yeni tarifə keçidlə bağlıdır. 

Aidiyyatı qurumlardan problemin səbəblərini öyrənmək istəyimiz baş tutmadı.