Bayram günlərində paytaxtda təcili yardıma 2800-dən çox müraciət edilib, onlardan 300-dən çoxu xəstəxanaya yerləşdirılib. 

Unikal.org xəbər verir ki, Bakı şəhəri üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansıyasından verilən məlumata görə narahatlıqlar, əsasən, soyuqdəymə, qızdırma və təcili yardıma daxıl olan digər hallarla bağlı olub. 

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə də zəhərlənmələrlə bağlı müraciətlər olub. Belə ki, 8 nəfər dəm qazı, 7 nəfər isə alkoqol içkidən zəhərlənib. Onlar ambulator müalicəyə cəlb olunaraq evə buraxılıblar.(lidertv)