Beynəlxalq İdman Atıcılıq Federasiyası ilin ilk reytinq siyahısını açıqlayıb.
Unikal.org-un apasport.az saytına istinadən məlumatına görə, yanvar ayı üçün müəyyənləşən cədvəldə Azərbaycan snayperləri də yer alıblar.
Yığmamızın üzlərindən ən yaxşı nəticə Ruslan Lunyova məxsusdu. Rio Olimpiadasının iştirakçısı həm 25 m, həm də 10 m məsafələrə kiçikçaplı tapançalardan atəşaçmada 20-cidi. O, 50 m məsafədən hədəfi nişanalmada isə 61-ci pillədə qərarlaşıb.
Güllə atıcılarımızdan "100-lüyə onunla yanaşı, Nigar Nəsirova da düşüb. O, 10 m məsafədə 37-ci, 25 m-də isə 94-cü yerdədi.
Stend atıcılarımızdan isə Nurlana Cəfərov öndədi. Skit növündə dəqiqliyini yoxlayan idmançı 31-cidi. Eyni növdə mübarizə aparan Hafiz Cəfərovun yetirmələrindən Emin Cəfərov 76-cı, Regina Meftahətdinova isə 62-cı pilləni tutur.