Azərbaycanının bir sıra rayonlarında qoyun oğurluğu ilə məşğul olan 8 nəfər həbs edilib.
DİN-dən unikal.org-a verilən məluçata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsində yaşayan Canbaxış Məlikovun həyətindən 2 baş qoyunu oğurlamaqda şübhəli bilinən həmyerliləri Rəşad Dadaşov və Novruz Fərəcov saxlanılıb.
Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Rauf Hüseynovun həyətyanı sahəsindən 4 baş qoyun oğurlamaqda şübhəli bilinən rayon sakinləri Səməd Vəliyev, Zamin Vəliyev və Novruz Xələfov saxlanılmışlar. S.Vəliyevin və N.Xələfovun ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların 2016-cı il dekabrın 20-də R.Hüseynova məxsus həyətyanı sahədən 1 baş qoyun oğurlamaları da müəyyən edilib.
2016-cı il dekabrın 26-da Qobustan rayonunun Yekəxana kənd sakini Rza Hacıalıyevə məxsus həyətyanı sahədən 5 baş qoyun oğurlanıb.
Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri İmkan Səftərov, Azay Dəmirov və əvvəllər məhkum olunmuş Fəyaz Hüseynov tutulublar.