"France Football nəşri 2016-cı ilin ən yaxşı fransız baş məşqçisinin adını açıqlayıb.
Unikal.org-un məlumatına görə, qəzetin versiyasına əsasən, ötən il Fransanın ən yaxşı məşqçisi "Realın çalışdırıcısı Zinəddin Zidan seçilib.
"Zizu ötən il "Realla Çempionlar Liqasını, Avropa Super Kubokunu və Klublararası dünya çempionluğunu qazanıb.
Qeyd edək ki, "kral klubu 44 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsümdə keçirdiyi oyunlarda məğlubiyyət üzü görməyib.