Antalyada təlim-məşq toplanışında olan "Qarabağ hazırlığını davam etdirir.
Unikal.org klubun saytına istinadən xəbər verir ki, hazırlığın altıncı günündə meydançada iki məşq nəzərdə tutulmuşdu.
Lakin bu gün Antalyada kəskin hava şəraiti ilə əlaqədar olaraq, komanda ilk məşqini fitnes zalında keçirib. "Qarabağlı futbolçuların trenajor məşqləri təxminən 1 saat davam edib.
Qeyd edək ki, "Qarabağın baxışa dəvət etdiyi Rusiyanın "Amkar" komandasının yetirməsi Rinat Hüseynov artıq Ağdam klubunun düşərgəsindədi.