Narkotik maddə ticarəti ilə məşğul olmaqda ittiham edilən və hazırda həbsdə olan tanınmış müğənni Dəniz Seki "Günaydın" qəzetinə müsahibə verib.

Unikal.org xəbər verir ki, müğənni həbs təəssüratlarını bölüşüb:

"Əvvəllər heç həbsxana görməmişdim, sadəcə filmlərdə və xəbərlərdəki kimi təsəvvür edirdim. İyunda azadlığa çıxacam. Olması gərəkdiyi kimiyəm, sağlığım yerində, buradan sərbəst buraxılacağım günü gözləyirəm".

D. Səki "Reina"dakı terror hadisəsinə də münasibət bildirib: "Həmin gecə canım çox acıdı. Qanın axmadığı bir il arzulayıram hamıya".