Pop-kraliça Madonna ötən gün Vaşinqtonda baş tutan "Qadınların marşında söylədiyi nitq zamanı Trampı tənqid edərək, söyüş söyüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Madonna nitqi zamanı Ağ evi partlatmağı düşündüyünü deyib. Amerika mətbuatına məxfi xidmət orqanlarından verilən məlumata əsasən, müğənninin bəyanatlarından xəbərdardır və fakt üzrə araşdırma elan ediləcək. Lakin, qəti qərarı federal prokurorluq verməlidir.
Madonna nitqi zamanı Trampın ünvanına söyüşlər yağdırdığına görə, CNN birbaşa yayıma fasilə verməli olub.