Müğənni Gülay Zeynallı valideynlərinin ayrılmasından danışıb.
Unikal.org xəbər verir ki, bu haqda sənətçi "ATV maqazin onlarla verilişində atasının ikinci dəfə ailə qurduğunu deyib:
"Mənim 13-14 yaşım olanda valideynlərim ayrıldı. İndi atamla danışırıq, əlaqəmiz var. Atam ikinci dəfə ailə qurub. Buna da hörmətlə yanaşırıq.
Özü ilə bağlı sirr açan G.Zeynallı bildirib ki, müəllimə kimi çalışır:
"Musiqi məktəbində müəllimə kimi işləyirəm. Bunu heç vaxt deməmişəm. Neçə illik təcrübəm var.