"Bir az gec ailə qurdum. Uğursuz ailə həyatı oldu. Qızımın artıq bir yaşı olanda ayrıldıq. 2 il ərzində get-gəllər çox oldu. İstəmirdim ailəm dağılsın. Gördüm ki, olmur. Heç bir qadın ailəsinin dağılmasını istəməz. Özüm seçdim, özüm ayrıldım".
Unikal.org xəbər verir ki, bu sözləri aparıcı Lətafət Ələkbərova "Gəlin danışaq" verilişində deyib.
Aparıcı həyat yoldaşından xəyanətə görə ayrıldığını bildirib:
"Ərim mənə xəyanət etdi. Məsuliyyətsiz idi. Hazırda övladı ilə görüşmür. Nə qızım onu, nə də o, qızını görmək istəyir. Ona görə fədakarlıqlar etmişəm. Bu mənim ən mənfi cəhətimdir. Bu ayrılıq sevgiyə inamsızlıq yaratdı. Sevgi əmək istəyir, qurban istəyir. Qadın xəyanəti bağışlamır. Uşaqların, yaşananların xətrinə bəzi hallara dözürsən, amma xəyanətə dözmək olmur. Qohumlarım, ailəm ayrılmağımızı istəmirdi. Sonra peşman oldum. Kaş uşağım üçün hər şey yaxşı olardı, atası ilə böyüyərdi".