Müğənni Sərdar Ortaç bir müddət xanımı, model Xloe Lougnanın vətəni İrlandiyaya köçəcək.
Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, o, dağınıq skleroz (sinir sisteminin iltihabi xəstəliyi) xəstəliyi ilə əlaqədar bir müddət ölkəsini tərk etməyi düşünür.
Sərdar xəstəliyinin müalicəsi üçün İrlandiyanın daha uyğun olduğunu bildirib. Bundan başqa, o, xanımına da daha çox vaxt ayırmış olacaq.