61 yaşlı Hollivud aktyoru və rejissoru Mel Gibson 9-cu dəfə ata olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, aktyorun 26 yaşlı sevgilisi Rozalind Ross oğlan övladı dünyaya gətirib. Cütlük körpənin adını Lars Cerard Gibson qoyub.

Qeyd edək ki, Lars Rozalindin ilk övladı olsa da, M.Gibsonun əvvəlki münasibətlərindən 8 uşağı var.