"Dom" adlı realiti-şounu apardıqdan sonra Rusiyanın məşhur simalarından birinə çevrilən müğənni Olqa Buzova yeni klipindən fraqment yayımlayıb.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, müğənni "Öyrəşirəm ("Привыкаю") adlı mahnısını ekranlaşdırıb. Klipdə ifaçı yataqda çılpaq bədənini nümayiş etdirir. Fraqment yayılar-yayılmaz artıq rus sosial şəbəkələrində müzakirəyə çevrilib. İzləyicilərin çoxu Olqanı tənqid atəşinə tutublar.
Qeyd edək ki, Olqa ötən ilin dekabrında "Lokomotiv" futbol klubunun oyunçusu Dmitri Tarasovdan boşanıb.