"Çoxları deyir, Zamiq var-dövlətin içində kef edir. Bilirsiniz ki, bəs Zamiq uşaqlıqda nə çəkib?.
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov Facebook səhifəsində yazıb.
İfaçı sosial şəbəkədə ünvanına tənqidlər yazanlara cavab verib:
"Zamiq 11 yaşında Füzulidən gələndən metro qabağında qələm satıb, ailəsini keçindirən insandı. 10 yaşından atasından bir qəpik belə almayan insan haqqında necə belə deyə bilərsiniz? Əgər bu gün yaxşıyamsa, o günlərimin zəhməti var. Allah xalqımızı daim uca eləsin, Zamiq bu pilləyə onların, yəni sizin sayənizdə gəlib".