Bir müddət əvvəl Bakıda konsert verən Rusiyalı müğənni Fillip Kirkorov özünə üçmərtəbəli yeni villa tikdirib.

Unikal.org xəbər verir ki, Kirkorovun yeni evinin qiyməti 12 milyon dollar dəyərindədir.

O, bu villanı 50 illik yubileyi münasibəti ilə özünə hədiyyə edib. Böyük sahəsi olan ev Moskva ətrafındadır.

Kirkorovun 1 hektar ərazidəki evinin birinci mərtəbəsində kabinet, mətbəx, qonaq otağı, ikinci mərtəbəsində bir neçə yataq otağı, qarderoblar, vanna otaqları, həmçinin, müğənninin hədiyyə və mükafatları üçün xüsusi yer var. Mansard isə uşaqlar üçün nəzərdə tutulub.

Bundan başqa, villanın hovuzu, idman zalı, saunası, qarajı, tennis kortu, buz meydançası, şəxsi çimərliyi də var.