Şabran rayonunda 48 yaşlı kişi itkin düşüb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Məmmədov Aydın Teymurşah oğlunun itkin düşməsi barədə Şabran Rayon Polis Şöbəsinə onun bacısı Zeynalova Səbirə Teymurşah qızı məlumat verib. Bildirib ki, Aydın Məmmədov 2 oktyabr 2016-cı tarixində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun boyu 169 santimetr, dolu bədən quruluşlu, gözlərinin rəngi qarışıqdır. Evdən çıxarkən əynində sarı velvet gödəkcə, qarışıq rəngli yun sviter, göy cins şalvar və ayağında qara rəngli ayaqqabı olub. Astma və şəkərli diabet xəstəsidir.
Onun barəsində hər hansı məlumatı olanlardan (050) 385 63 74, (050)210-97-69 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.