Kriminal avtoritet "Piter Elçinin qardaşlarının öldürülməsi və kriminal aləmdə baş verən savaşın yeni və olduqca maraqlı təfərrüatları üzə çıxıb. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, "Piter Elçinin qardaşlarının öldürülməsi ilə başlayan qan davasının səbəbkarlarından biri də Azərbaycanda ölkə rəhbərliyi yanında söz sahibi olan şəxslərdən birinin qohumudur. Bu təfərrüatlar arasında digər diqqət çəkən məqamlarda var.
Bunlardan biri də kriminal qruplaşmalar arasındakı silahlı və qanlı hesablaşmaların "media savaşına sıçraması ilə də bağlıdır. "Piter Elçinlə Rövşən Lənkəranskini düşmən edən səbəblər, onlar arasındakı qanlı hesablaşmaların baş vermə ardıcıllığını bu yazı ilə təqdim etməyə çalışacağıq.
***
Bir neçə gün əvvəl musavat.com saytında "Piter Elçinin qardaşlarının öldürülməsinin təfərrüatları ilə bağlı yazı dərc edilmişdi. Yazıda "Piter Elçin ləqəbli kriminal avtoritet Elçin Maşallah oğlu İsmayılovun qardaşlarının, xüsusi ilə də ötən ilin dekabrında Masallıda güllələnən Fariz İsmayılovun qətlə yetirilməsinin təfərrüatları qeyd edilirdi. Bu yazıdan sonra redaksiyamıza daxil olan məlumatda qardaşların öldürülməsinə səbəb olan hadisələrin ardıcıllığı barədə geniş bilgilər yer alır. Həmçinin "Piter Elçinin yaxın qohumu İsmayılovların öldürülməsi ilə bağlı ilginc detalların da üstünü açıb.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, İsmayılov qardaşlarından ikisinin 6 ay ərzində güllələnərək qətlə yetirilməsi kriminal aləmdəki hesablaşmadan daha çox qan davasını xatırladır. Bunun qan davası olmasını deməyə əsas verən detallar da var. Bu barədə də məlumat verəcəyik.
Əvvəlcə "Piter Elçin haqda
Elçin Maşallah oğlu İsmayılov 1973-cü ildə Lənkəranın Boladi kəndində anadan olub. 1992-ci ildə Qarabağ döyüşlərində könüllü olaraq iştirak edib. 1994-cü ilin sonlarında isə Moskvaya gedib. Əvvəlcə Moskvada olan və ticarətlə məşğul olan kəndçilərinin yanına gedən Elçin İsmayılov bir neçə il sonraMoskavda kriminal aləmlə tanış olub. Çox keçməyib ki, E.İsmayılov 25 yaşında kriminal aləmin gənc və söz sahibi olan simalarından birinə çevrilib.
Sankt-Peterburqda kriminal avtoritet kimi nüfuz qazanan "Piter Elçinin digər qardaşları isə meyvə-tərəvəz ticarəti ilə məşğul olmağa başlayıblar. "Piter Elçinin ötən ilin yayında qətlə yetirilən qardaşı Maarif İsmayılov Sankt-Peterburqun Sofiysk meyvə-tərəvəz bazarına nəzarət edib. Digər qardaşı Fariz İsmayılov da ticarətlə məşğul olub. Təbii ki, "Piter Elçin bu sahədə qardaşlarına dəstəyini əsirgəməyib. İsmayılovların 4-cü qardaşı isə Boladi kəndində ata evində yaşayır. O, ağır xətəlikdən əziyyət çəkir.
"Piter Elçinin azərbaycanlı "qanuni oğrularla münasibəti
"Piter Elçinin digər azərbaycanlı "qanuni oğrularla yaxın münasibətləri olub. Kriminal aləmdə söz sahibi olan "Lotu Bəxtiyar, "Masallı Mamed, "Lotu Quli ilə dost olan "Piter Elçinin adı qalmaqallarda çox hallanmayıb. Avtoritetlər arasındakı qanlı hesablaşmalarda bir çox şəxslərin adı çəkilsə də "Piter Elçin adı çoxlarına yaddır. "Piter Elçin daha çox avtoritetlərlə münasibətləri yaxşı saxlamağın tərəfdarı olub. Qeyd etdiyimiz kimi, azərbaycanlı "qanuni oğrularla münasibətləri yaxşı olan "Piter Elçin Rövşən Lənkəranski ilə də yaxın münasibətdə olublar. Hətta bildirilir ki, Rövşən Lənkəranskinin ad almasında "Piter Elçinnin böyük rolu olub. "Lotu Bəxtiyar, "Masallı Mamed və digər kriminal avtoritetlərdən Rövşən Lənkəranskiyə ad verilməsini də məhz "Piter Elçinin xahişi əsasında baş tutduğu iddia edilir. "Piter Elçin gənc yaşda kriminal aləmdə ad qazanmağa çalışan Rövşən Lənkəranskiyə öz dəstəyini hətta ona rus dilini öyrətməsi üçün müəllim tapmaqla da göstərib.
Ancaq "Piter Elçinin Rövşən Lənkəranski ilə münasibətləri istədiyi şəkildə davam etməyib. İki nüfuzlu "qanuni oğru bir neçə səbəbdən üz-üzə gəlib, sonda isə düşmən olublar.
"Piter Elçin və Lənkəranskini düşmən edən səbəblər
Unikal.org Musavat.com-a istinadən xəbərinə görə, bilgiləndirən mənbə deyir ki, "Piter Elçinlə Rövşən Lənkəranski arasında münasibətlərin pozulmasında Namiq Canıyevin (Rövşən Lənkranskinin qardaşının) də rolu olub. Belə ki, Namiq Canıyevin məclislərin birində kriminal aləmdəki məsələlərə müdaxilə etməsi "Piter Elçinin xoşuna gəlməyib və ona öz iradını bildirib. Tərəflər arasındakı sözlü mübahisə sonradan Rövşən Lənkəranski - "Piter Elçin münasibətlərində soyuqluq yaradıb.
Lakin bu soyuqluq "Piter Elçinin toyunda aradan qalxıb. Rövşən Lənkəranski "Piter Elçinə qarşı jest edərək onun toyunda iştirak edib və münasibətlər bundan sonra da ilk gündən olduğu kimi davam edib.
Amma Rövşən Lənkəranski - "Piter Elçin münasibətləri növbəti dəfə də gərginləşib. Buna səbəb yenə də məclislərdən birində Namiq Canıyevlə "Piter Elçinin sözünün tərs gəlməsi olub. Namiq Canıyevin növbəti dəfə "qanuni oğruların olduğu məclisdə kriminal aləmlə bağlı fikir bildirməsi, kiminsə cəzalandırılması ilə bağlı söz söyləməsi "Piter Elçini qəzəbləndirib. N.Canıyevlə "Piter Elçin arasındakı narazılıq böyüyüb. Bu narazılıq və mübahisə iki "qanuni oğrunu düşmən edib.
İki avtoritet arasındakı münasibətlərin qırılma nöqtəsində isə ölkə rəhbərliyi qarşısında söz sahibi olan nüfuzlu şəxslərdən birinin yaxın qohumunun adı hallanır. Həmin şəxs "qanuni oğruların düşmənə çevrilməsinin və ardınca başlayan qan davasının səbəbkarı olub. Azərbaycanın ən nüfuzlu şəxslərindən birinin Orucağa adlı qohumunun (Orucağa adını qeyd etmədiyimiz nüfuzlu şəxsin qudasının qardaşıdır) "Piter Elçinin qardaşı Maarif İsmayılovla ticarət əlaqələri olub. Onlar Moskvada meyvə-tərəvəz alveri ilə məşğul imişlər...