Aprel döyüşləri zamanı jurnalistlərin bir çoxunun hərbi geyimdə cəbhə bölgəsinə ezam edildiyinin şahidi olduq. 

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Unikal.org-a açıqlamasında bildirib ki, bu tamamilə yanlış addımdır: "Cəbhə bölgəsinə gedən jurnalistlərin hərbi forma geyinməsi düzgün deyil. Redaksiya bu əməkdaşları xüsusi geyimlə təmin etməlidir. Çünki o hərbi geyimdə əsir düşərsə, girov götürülərsə, onunla jurnalist kimi yox, başqa formada davranılır. Jurnalistə hərbi forma geyinmək, silah gəzdirmək olmaz".

Həsən Babayev