Aparıcı Xoşqədəm Hidayətqızı və əməkdar artist Almaz Ələsgərli arasında qalmaqal böyüyür.

Unikal.org xəbər verir ki, verilişin ötən buraxılışlarından birində müğənni Almaz Ələsgərlinin verilişi tərk etməsi aparıcını hiddətləndirib. Verilişdə buna geniş yer ayıran aparıcı Ələsgərlinin yer üstündə dava etdiyini bildirib.

O, ad çəkməsə də müğəninin əməlini ekspertlərlə birlikdə sərt şəkildə tənqid edib. Xoşqədəm Hidayətqızı bildirib ki, Almaz Ələsgərli şikayətçi kürsüsündə əyləşməkdən imtina edib. Ona görə də verilişi tərk edib.

"Bu kürsüdə hər birimiz otura bilərik. Şikayətçi kürsüsündə hətta dahi sənətkarımız Alim Qasımov, professorlar belə əyləşib. Onlardan artıqsınızmı?, - deyə Xoşqədəm Hidayətqızı bildirib.

Xatırladaq ki, Almaz Ələsgərli bir neçə gün əvvəl Xoşqədəm Hidayətqızının "Bizə danış verilişinə qonaq qismində dəvət olunub. Lakin bir müddət sonra efiri tərk edib. Müğənni ona verilən yerdə başqası əyləşdiyi üçün verilişi tərk etdiyini bildirib.Baku.ws