Bakıda gənc oğlan tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 27 yaşlı Məmmədov Elmin Mahir oğlu Pirşağı qəsəbəsində evə gedərkən ona naməlum şəxs qəfildən iki bıçaq zərbəsi vurub. Çoxlu qan itirən E.Məmmədov qonşularının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.