Adanada 5 yaşlı uşaq atasına aid ov tüfəngiylə oynayarkən atasının ölümünə səbəb olub.
Unikal.org xəbər verir ki, hadisə saat 19.15 radələrində mərkəz Çukurova İlçesi Yurd Məhəlləsi 71363 küçəsində meydana gəlib. Əhməd Esen 5 yaşlı adı açıqlanmayan oğluyla evlərinin eyvanında oyuncaq silahla oyun oynayıblar. Bir müddət sonra uşaq içəri girib atasına aid ov tüfəngini götürərək yenidən eyvana qayıdıb. Tüfəngi atasına doğru tuşlayan uşaq tətiyi çəkib. Dolu olan tüfəngin açılması ilə Əhməd Esen yaralanıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası çox qan itirən Esenin öldüyünü təyin edib.milli.az