Müğənni Samir Cavadzadə həyatı ilə bağlı etiraf edib.
Unikal.org-un axsam.az-a istinadən məlumatına görə, ifaçı "Lider maqazin"ə açıqlamasında bildirib ki, bir vaxtlar həmkarı ilə eşq yaşayıb:
"Şəxsi həyatımda boşluqdur. Heç kimi də axtarmıram. Samirin ürəyini ələ almaq çətindir. Bir vaxtlar həmkarımla sevgili olmuşam. O xanım artıq oxumur. Bir qrupda oxuyurdu. Adını çəkməyəcəm, qrupda üç qız idilər. Onu doğrudan sevirdim, eşqimi elan da etdim. Hər ikimiz çalışırdıq, aramızda qısqanclıq var idi. Bir-birimizə də diqqətayıra bilmirdik. Ona görə də yavaş-yavaş ayrıldıq. Anam evlənməyimi istəyir. Hərdən şəkillər gətirir ki, qəşəng qızdır. Mənim üçün ən önəmlisi xasiyyətidir və məni anlayan olsun. Mənim üçün evdə əsl dost olmalıdır. İstəmirəm xanımım bütün günü evdə otursun, yemək bişirsin, məni gözləsin. Bu maraqsızdır. Qısqanc olsa, hər dəqiqə zəng vursa, bu ailə alınmayacaq. Mənim sarışın qızlar xoşuma gəlir".