Müğənni Aysel Əlizadə "Sarılsam mahnısına çəkdirdiyi klipdən danışıb.
Müğənni bildirib ki, çəkilişlər İstanbulda baş tutub:
"Klip maraqla qarşılandı, dostlarım da sosial şəbəkədə paylaşdı. Mahnının və klipin sevilməsi məni xoşbəxt etdi. Klipdə depressiyada olan qadınam. Tərəf müqabili özüm istəmədim. İstədim ki, hamı orada özünü tapsın. Klip İstanbulda çəkilib, bahalı ekran işidir, amma nə qədər məbləğ xərclədiyimi deməyəcəm. Çünki üstümdə göz çoxdur, nəzərə gəlirəm.
Müğənni xarici görünüşündən də bəhs edib:
"Çəkimi qormaq üçün xüsusi nə isə etmirəm. Nə idmanla məşğulam, nə dieta saxlayıram. Hədsiz dərəcədə zəifləmişəm, immunitetim düşüb. Hazırda müalicə olunuram. Çəki itirməyim üzümə də yansıyıb. Klipə baxanlar elə bildi ki, üzümdə əməliyyat etdirmişəm, dodağımı böyütmüşəm. Amma elə şey yoxdur. Sadəcə makiyaj elə göstərir ki, dodağım böyüyüb. Burnum isə böyük düşüb. Üzümdə hər xanımın etdirdiyi xırda proseslər etdirmişəm.
Aysel həmkarı Günay İbrahimlinin "Rəqibim yoxdur açıqlamasına da münasibət bildirib: "Daim qalmaqaldan qaçmışam. Bəzən mən istəmədən məni qalmaqala çəkiblər. O zaman da işləri yoluna qoymağa çalışmışam. Günayla yaxın rəfiqəyik, xətrini çox istəyirəm. Bu sənətdə hər kəsin öz yolu, öz ruzisi var. Kimsə daha çox tanına və sevilə bilər. "Mən nömrə birəm, "Rəqibim yoxdur sözləri mənə çatmır. Heç birimizin rəqibi yoxdur. Mənim səs tembrim Günayda, onunku da məndə yoxdur. Hər kəsin öz yolu var.
Müğənni bahalı hədiyyələri sevdiyini də dilə gətirib: "Kiməsə hədiyyə verməyi sevməsəm də, qəbul etməyi sevirəm. Hədiyyə ediləndə çox sevinirəm. Zinət əşyasını, ətirləri və böyük hədiyyələri sevirəm. Aldığım çox bahalı hədiyyə olub, amma nə olduğunu açıqlamayacağam.