Tədqiqatçı Füzuli Sabiroğlu "Bizim Cəbiş müəllim" filmindən kəsilən kadrları üzə çıxardıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, deyilənə görə, film belə bitməməliymiş. Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır.
Filmin ssenari müəllifi, xalq yazıçısı Maqsud İbrahimbəyov bu iddiaları təkzib edərək filmin məhz onun yazdığı kimi bitdiyini deyirdi.
Lakin dünən Füzuli Sabiroğlunun Yutub-a yüklədiyi bir video bu köhnə şaiyəni yenidən aktuallaşdırır.
Belə ki, aşağıda təqdim olunan kadrda Sovet dövrü üçün intim sayıla biləcək bir səhnə çəkilib. Hələ bu azmış kimi, həmin səhnədən anons məqsədi ilə də istifadə olunub. Lakin həmin səhnə filmə salınmayıb.