"BakuBus" marşrutunda yenə nasazlıq yarandı.
Unikal.org xəbər verir ki, 28 May metro stansiyası-Avtovağzal xətti üzrə hərəkət edən 14 saylı , 90-JH-240 dövlət nömrə nişanlı marşrut avtobusunda nasazlıq yaranıb. Hadisə fevral ayının 18-də A.M.Şərifzadə küçəsində baş verib. Yaranan problemə görə, sərnşinlər digər 14 saylı marşrutu gözləmək məcburiyyətində qalıblar.
Marşrutdakı nasazlığın hansı səbəbdən baş verməsi sürücü tərəfindən açıqlanmayıb.
Həsən Babayev

