Müğənni Rəqsanə İsmayılova eks-sevgilisi Faiq Azayevin həbs edilməsinə münasibət bildirib.
Unikal.org-un məlumatına görə, ifaçı şəxsi instaqram sözügedən məsələ ilə bağlı məlumat yazıb. Qeyd edib ki, o, həmişə səbr edir və bu səbəbdən də qalib qalib gəlir.
Rəqsanə yazıb ki, haqq-ədalət öz yerini tutub:
"Bu həyatda Allahımdan çox razıyam. Əvvəla haqqı danıb nahaq yolla insanı şərləməyə çalışan insanlar gec-tez Allah qarşısında cavab verir və haqqını alır. Zamanında çox deyildi və yazıldı. Aradan demək olar ki, illər keçdi. Amma Allaha sığındım, səbr etdim və o, yollarımı açdı. Gözəl ailəm oldu, iki gözəl balamla çox xoşbəxtəm. Allahını unudan insanlar bir-bir cavabını alır.