Lerikdə qar uçqunu ilə bağlı xəbər vermişdik. 

Hadisə barədə Unikal.org-a danışan Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, ailənin 4 üzvü hadisə nəticəsində dünyasını dəyişib:

"Nənə, gəlin və iki övladı uçqun altında qalaraq həyatlarını itiriblər. Hazırda meyitlər uçqun altından çıxarılıb. Yaralanan bir nəfər xəstəxnaya yerləşdirlib. Biz hazırda rayon rəhbəri Rövşşən Bağırovla hadisə baş verən yerə gedirik. Amma yolların qarlı olması problemlər yaradır. Hadisə baş verən ərazi Lerikin İranla sərhəddə yerləşən ən ucqar kəndidir. Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar yollarn təmizlənməsi istiqamətində iş aparırlar.

H.Babayev