Xəbər verdiyimiz kimi Lerikdə bir ailənin 4 üzvünün ölümü ilə nəticələnən qar uçqunu baş verib. Artıq hər kəsi maraqlandıran məsələ ailə üzvlərinin dəfn xərclərinin kim tərəfindən ödənilməsidir.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Unikal.org-a açıqlamasında bildirib ki,  hələlik bu haqda heç nə deyə bilmir: 
"Yəqin ki, bu məsələlər öz həllini tapacaq"

 İcra başçısının müavini sözü gedən evin təhlükəli bir ərazidə yerləşməsinə də münasibət bildirib:
"Bizim bu haqda məlumatımız yox idi. Bilsəydik, vaxtında bu ailəni o ərazidən köçürərdik. Sözügedən ev dağın yamacında yerləşir. Həmin ərazi Lerikin ən ucqar kəndi sayılır.

Amid Əyyuboğlu