Türkiyənin Van şəhərində Bahçesaray mahalında 85 yaşlı kişinin iki övladı dünyaya gəlib.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda 87 yaşında olan Abdullah Sevinc ilə həyat yoldaşı 48 yaşındakı Mihrinaz Sevincin 2 il əvvəl dünyaya gələn əkizləri Həsən və Hüseynin ad günüdür.

Uşaqlarının dəcəllik etdiyini, gecələri oyanıb ağladıqlarını ifadə edən Abdullah Sevinc "Mən də yoldaşıma kömək edərək körpələrə baxıram" sözlərini ifadə edib.

Bahçesarayın İslam Məhəlləsində yaşayan Abdullah Sevinc 10 uşağı olan ilk həyat yoldaşı Hənifə Sevinçin 17 il əvvəl vəfat etməsindən sonra özündən 39 yaş kiçik Mihrinaz Sevinc ilə evləndiyini deyib.