Bu gün Lerik rayonunun Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən hadisədən sağ çıxmış 1 yaşlı Elcan xəstəxanaya yerləşdirilib.
Unikal.org lent.az- istinadən xəbər verir ki, ağır yol şəraiti səbəbindən hadisədən xeyli sonra tibbi yardım göstərilən körpə Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevin iştirakı ilə kənddən rayon mərkəzinə gətirilib və artıq müayinələrə başlanılıb.
Qeyd edək ki,kənd sakini Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib.
