Son günlər sosial şəbəkələrdə Ağdamda kəndlərin boşaldılması ilə bağlı şayiələr dolaşmaqdadır. Bu şayələrin hansı mərkəzdən yayıldığı, kimə xidmət etdiyi təbii ki, məlum məsələdir.

Unikal.org xəbər verir ki, ölkə.az Ağdam rayonunun icra başçısı Raqub Məmmədovla əlaqə saxlayaraqməsələni aydınlaşdırıb:

"Əslində, heç bir kənd boşalmayıb. Hər kəs öz yerindədir. Gərginlik var. Gərginlik olan kimi sakinlər yaşlı adamları, körpələri götürüb kəndin mərmi tutmayan yerinə keçirlər. "Kəndlər boşaldı, insanlar başqa yerə getdi" kimi məlumatlar əsassızdır. Camaatın kənddə malı-dövləti, heyvanı var", - Raqub Məmmədov qeyd edib.

Dünən gecə saatlarında yaşanan gərginliklə bağlı Raqub Məmmədov bildirdi ki, gecə saat 04:00 radələrində gərginlik yaşandı. Kənd camaatı evləri boşaldıb yolun kənarına yerləşmişdi:

"Özüm saat 04:00-dan camaatın yanında olmuşam. Gərginlik olanda evləri tərk etmək normaldır. İnsanıq, bilirik ki, göylə gələn mərmidir, onu əllə saxlamaq olmur axı. Ona görə dəmütləq təhlükəsiz əraziyə çəkilmək lazımdır. Kişilər isə kəndləri tərk etmir".

İcra başçısı həmçinin bunları qeyd edib:

"Ağdam rayonun icra başçısı olaraq sizə deyirəm, gecə saat 4-dən camaatın yanındayam. Gecə olan gərginlikdə Qaradağlı və Çəmənli kəndinin hərəsindən 10-15 ailə, Əfətli kəndindən 50 ailə kəndlərin aşağı hissəsində gözlədi. Saat 06:00-da isə onların hamısı ilə görüşdüm və bildirdim ki, sakitlikdir, hər kəs evinə, kəndinə qayıtsın və hər kəs öz evindədir".











Aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda və ölkənin digər şəhərlərində və rayon mərkəzlərində əhalinin sayına və ehtiyaclarına uyğun ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması təklif olunub.

Unikal.org "Reportun məlumatına görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2016-cı il üzrə illik məruzəsində qeyd edilib.
Bundan başqa, ombudsman əhalinin sayı və təlbatı nəzərə alınmaqla, ölkənin şəhər və rayonlarında yeni notariat kontorlarının və vəkillər tərəfindən hüquqi yardım göstərilən məsləhətxanaların təşkil edilməsini, ayrı-ayrı insanların mülkiyyətində və ya istifadəsində olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin müvafiq mənzillərə köçürülməsi işinin sürətləndirilməsini də təklif edib.
E.Süleymanovanın digər tövsiyəsi isə ondan ibarətdir ki, vətəndaşların mülkiyyət hüququnun reallaşması, yığılan vergilər və dövlət rüsumları hesabına büdcəyə əlavə vəsaitlərin daxil olması, habelə vətəndaş-dövlət məmnunluğunun təmin edilməsi məqsədi ilə "Sənədsiz evlərə və onların altında olan torpaq sahələrinə mülkiyyət hüququnun tanınması haqqında qanunun qəbul edilsin.
Eyni zamanda, yalnız gənc ailələr deyil, başqa yaş qruplarına aid olan şəxslərin də tədricən güzəştli ipoteka krediti imkanlarından yararlanması ilə bağlı mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi də təkliflər sırasında yer alıb. Həmçinin, mənzil probleminin həlli məqsədi ilə ölkə prezidentinin göstərişinə əsasən tikilən sosial mənzillərin ölkənin bütün ərazisində inşası prosesinin sürətləndirilməsi təklifi irəli sürülüb.
Qeyd edək ki, ombudsmanın illik məruzəsi Milli Məclisə təqdim olunub. Məruzənin Milli Məclisin mart ayında keçiriləcək plenar iclasında müzakirəyə və səsverməyə çıxarılacağı gözlənilir.