Bakı Metropoliteninin "Xətai" stansiyası fevralın 26-da günün birinci yarısında işləməyəcək.

Unikal.org-un məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, sabah-fevralın 26-da metronun "Xətai" stansiyası saat 12:00-a qədər bağlı olacaq. Onun sözlərinə görə, saat 12:00-dan "Xətai" stansiyasına giriş açıq olacaq: "15:00-dan etibarən "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları normal qrafiklə fəaliyyətini davam etdirəcək".