Feysbuk sosial şəbəkəsində "İsayevin səhifəsi adlı hesabda 25 il öncə Xocalıda keçirilən son toy şənliyinin fotosu yayılıb.
Unikal.org xəbər verir ki, paylaşılan fotoya qeyd yazılıb:
"Xocalıdakı son toy.
Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqli oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu".
![](http://cdn.axar.az/2017/02/26/xocali-sontoy.jpg)