Son bir neçə gündür cəbhə xəttində gərginlik yaşanır. Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində cəbhə xəttindəki döyüşlərdə Azərbaycanın 5 hərbçisi şəhid olub.

Image result for zahid orucMilli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc baş verən son proseslərlə bağlı Unikal.org-a şərh edib.




"Moskva əleyhinə kompaniya aparmağımız yersiz olar
Image result for Kreml

Deputat cəbhədəki son gərginliyi xarici amillərə bağlamağın əleyhinə olduğunu vurğulayıb: "Bütün dövrlərdə və bütün şəraitdə Rusiya izlərini axtarmağın özü Azərbaycan cəmiyyətinə mənfi siqnallar göndərməkdir, təhlükəsizlik şəraitini bir az mürəkkəbəşirməkdir. Fərqinə belə varmadan bu cür addımın atılması siyasi, informasiya və psixoloji savaşda bunu istəyən başqa dairələrin maraqlarına xidmət edir. Bir il əvvəlki şəraitdə bütün erməni cəmiyyətində antimoskva və antiputin demarşları bir hərəkat halına gəlmişdi. Hətta 100 illik köləlikdən çıxmaq üçün, Azərbaycanın vurduğu zərbədən bəhrələnmək istəyirdilər. Belə bir mənzərə yaranırdı ki, ermənilər öz müstəqilliklərini Aprel döyüşləri fonunda əldə etməyə çalışırlar. Bu məqamda bizim yenidən siyasi barrikadalar qurub 1990-cı illərin şəraitindəki kimi Moskva əleyhinə  kompaniya aparmağımız yersiz olar. Bu, həm də rəqib cinahın, səngərdəki düşmənin xeyrinə işləyər.

"Bizdən də o istənilir ki,...

Image result for lələtəpə

Z.Oruc qeyd edib ki, təkcə səngərdə dayanan əsgər mənəvi-psixoloji cəhətdən tam möhkəm durumda olmalı deyil: "Unutmaq olmaz ki, biz müharibə şəraitindəyik. Bu, gündəlik atışmalar, lokal toqquşmalar anlamına gəlməməlidir. Cəmiyyət olaraq biz özümüzün da dayanıqlığımızı düşünməliyik. Təkcə səngərdə dayanan əsgər mənəvi-psixoloji cəhətdən tam möhkəm durumda olmalı deyil. Bizdən də o istənilir ki, hər hansı sosial, iqtisadi, maiyyə və.s problemlər fonunda cəmiyyət hərbi məsələləri bunlara qurban verməsin, məruz qaldığı hər hansı itkilər halında bu, onun mənəvi aşınmasına, yenidən hər hansı bir məğlubiyyət komplekslərinə səbəb olmasın. Etiraf etmək lazımdır ki, ötən ildən bu yana təkcə hansısa bir Lələtəpə və ya digər üstünlükləri əldə etməmişik. Bundan bir az da irəli gedərək xalqımızın siyasi, diplomatik, mənəvi ruhunda qalxınma yaradıb. Bunu əldən vermək olmaz.

"Azərbaycan ordusunu müharibə reallığında formalaşdırır

Image result for Azərbaycan ordusu

Millət vəkili cəbhədəki son döyüşlərlə bağlı erməni tərəfinin sosial şəbəkələrdəki təxribatına da toxunub: "Son hadisələrlə bağlı sosial şəbəkələrdə erməni tərəfi müəyyən bir kadrlar yaydı.Təmas xəttində döyüş şəraitini nəzərə alaraq müxtəlif pusqular qurula bilir, ayrı-ayrı nəzarət mexanizmləri yaradılır, hansısa mühasirə şəraiti formalaşdırılır. Belə olan halda onu ordunun gücünün vəziyyəti, resurslarının durumu kimi təhlil etmək, Silahlı Qüvvələri bir hadisənin konteksində yerdən yerə vurmaq çox ağır məsələdir. Biz bütövlükdə ordumuzun yanında olmalıyıq. Ona güvəncimizi ən yüksək səviyyədə göstərməliyik. İki gün öncə bütün bu qeyd edilən amilləri nəzərə alaraq ön cəbhəyə yaxın olan yüksək, mərtəbələrdə duran insanlarla söhbət etdim. Ruh yüksəkliyi, istəklər, planlar, taktiki əminliklər, hansısa cızılmış ssenarilər fonunda onlar özlərinə çox arxayındırlar. Düşünməliyik ki, biz xalq olaraq orduya nə siqnallar veririk.
Həyatlarını itirən hərbçilərimizin içərisində zabitlərin üstünlük təşkil etməsi hər birimizi incidir, ağrıdır. Belə peşəkarların formalaşdırılması uzun zaman tələb edir. Ancaq Azərbaycan ordusunu müharibə reallığında formalaşdırır.
Hadisələrə geniş boyut vermədən, onun konteksini daha da böyüdərək, 1990-cı illərdəki kimi 366-cı alayla başlayan yol davam edir, bu gün də orada hərbi qərarlar rus generalları tərfindən verilir-deyə fikirləri yürüdülməsi çox təhlükəli versiyalardır və bunu kimsə cəmiyyətə sırımaq istəyir.

"Azəraycanın Rusiyadan və digər dövlətlərdən aldığı silahlar boşuna qalmayacaq və həmin silahlar mütləq danışacaq

Image result for bakıda hərbi parad smerç

Azərbaycan əsgərinin itkilərimizin hər birinin əvəzini çıxacağını deyən Z.Oruc bunun üçün real güc və imkanların olduğunu dilə gətirib: "Bir leytenantımızın əvəzini ermənilər generallarının başı ilə ödəməli olacaqlar. Biz siyasət adamları daha fərqli leksikonda danışmalıyıq. Övladı şəhid olmuş valideyinlərin hüznünü görəndə şübhəsiz ki cəmiyyət qəzəbə bürünmüş olur. Bu məqamda soyuqqanlı olmaq çox çətindir. Matəm havasına bürünməyin qəti əleyhinəyəm. Biz ermənilərdən bütün parametrlər üzrə öndəyik. Gələcəkdə aprel hadisələrinin təkrarlanması istisna deyil. Azəraycanın Rusiyadan və digər dövlətlərdən aldığı silahlar boşuna qalmayacaq və həmin silahlar mütləq danışacaq.

"Danışıqlar dayandığı nöqtədə səngərdə silahlar danışmağa başlayır

Image result for ATƏT-in minsk qrupu

Deputat cəbhədə yaranan gərginliyə görə ATƏT-in Minsk qrupunu da qınayıb: "Cəbhə xəttindəki son gərginliyin ən mühüm səbəbi ATƏT-in Minsk qrupunun və beynəlxalq missiyaçılıq siyasətinin iflasa uğramasıdır. Danışıqlar dayandığı nöqtədə səngərdə silahlar danışmağa başlayır. Bu bir aksimomadır.

Həsən Babayev