Arkadi Ter-Tadevosyanın guya Ermənistanın hansısa "gizli silaha" sahib olması barədə sərsəm fikirlərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov anspress-ə bildirib ki, Ermənistanın Müdafiə Nazirliyi son vaxtlar yeganə ümidi olan və danışdıqlarına hətta özünün də inanmadığı "komandos" ləqəbli bir ünsürün xidmətlərindən tez-tez istifadə etməyə başlayıb.
Guya erməni "sənətkarların" əli ilə yaradılan və hələ heç kəsə məlum olmayan, ən çətin gün üçün saxlanılan "gizli erməni silahı" barədə istifadə müddəti bitmiş birinin lovğalanaraq dilə gətirdiyi cəfəng fikirlər isə yaşlaşdıqca ağlını itirənin sayıqlamasıdır. Bu ancaq gülüşlə qarşılanmalıdır.
Həqiqətdə isə son vaxtlar cəbhədə canlı qüvvə, hərbi texnika sarıdan xeyli sayda itki verən düşmən səriştəsizliyini ört-basdır etmək üçün bu cür uydurma və sayıqlamalarla dolu boş nağıllarla erməni xalqını doyurmağa çalışır.
Amma bu üzdəniraq erməni "qəhrəmanı" özü də yaxşı bilir ki, son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi taktiki üstünlüyün və əsgərlərimizin qazandığı uğurların nəticəsidir ki, qoşunların təmas xəttinə yaxın işğal olunmuş yaşayış məntəqələrində məcburən yerləşdirilən erməni əhali köçür.
Hətta erməni hərbçilərinin zorakılığına, hədə-qorxularına məhəl qoymayan ermənilər Xankəndinə və Şuşaya qaçmaqla canlarını qurtarmaq istəyirlər. Yəqin ki, köçərək növbəti sığınacaqları yer qədim yurd yerimiz İrəvan şəhəri olacaqdır. Burada yerinə düşən əsas sual budur: bəs sonra hara qaçacaqlar?!..."
Bir neçə gün bundan öncə "Komandos" ləqəbi ilə tanınan erməni general-mayor Arkadi Ter-Tadevosyan belə bir ifadə səsləndirib. "Bizdə elə bir silah var ki, düşmənin bundan xəbəri yoxdur. Bu silah ermənilərin əli ilə hazırlanır və ən ağır vəziyyətdə istifadə edilə bilər ki, Azərbaycan özünə gələ bilməsin".