Bakıda intihar edən tibb bacısı ozunə qəsd etməsinin səbələri araşdırılır.
Bu barədə unikal.org-a Nizami rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, bəzi KİV-lərdə tibb bacısının bu gun intihar etməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. İntihar hadisəsi ötən həftə baş verib.
Belə ki, hadisə Naxçıvanski 81a ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Jalə Nizami qızı Teymurova 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri məlum deyil.
Hazırda Nizami rayon Prokurorluğu tərəfindən 125-ci maddə ilə cinayət işi başlanıb, istintaq gedir.