Türkiyə və Almaniya arasında diplomatik qalmaqal yaranıb.
Unikal.org anspress-ə istinadən məlumatına görə, qalmaqala səbəb Almaniya televiziyalarının birində yayımlanan satirik videorolik olub.
"Extra 3" adlı verilişdə yayımlanan videoda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan bəhs edən "Erdowi, Erdowo, Erdogan" adlı mahnı ifa edilib. Mahnıda "Ərdoğana qarşı çıxan qəzet sahibi həbs edilir" kimi ifadələr və ölkədə müxtəlif vaxtlarda baş verən mitinqlardə polislə etirazçılar arasında yaşanan toqquşmalarla bağlı görüntülər yer alıb. Yayılan video Almaniyanın Türkiyədəki səfiri Martin Erdmannın Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb olub.
Məlumata görə, səfir uzun müddət özünü və ölkəsini müdafiə etmək məcburiyyətində qalıb. Hazırda Türkiyə və Avropa xüsusilə də Almaniya arasında həssas bir dönəmdir. Çünki Suriya münaqişəsi zamanı yaranan miqrant böhranı Türkiyə və Avropa İttifaqı arasında həll olunma mərhələsindədir.