Türkiyədə, Kocaelinin İzmit mahalında 4 aylıq arvadını başqa bir adamla "çay evi"ndə tutan ər Serkan S. və qayınata polisə şikayət edib.
Unikal.org haberler-ə istinadən xəbər verir ki, gələnlərin polis olduğuna inanmayaraq müqavimət göstərməyə çalışan Tuğba S.adlı 4 ayın gəlini saxlanılıb.
İddiaya görə, cütlük yola getmədikləri üçün boşanmaq qərarı alıb. Cütlüyün boşanma iddiası davam edərkən, Tuğba S. başqa bir kişi ilə tanış olub. Cütlük ötən gün bir çay evində görüşüb. Ortaq bir tanışları gəlini çay evində gördükdən sonra qayınatası Kenan S.-ə zəng edərək, oğlunun evli olduğu qadının başqa bir kişilə həmin məkanda görüşdüyünü deyib. Bundan sonra Kenan S. və oğlu Serkan S. həmin məkana gələrək cütlüyü tutublar.
"Oğlunun həyat yoldaşı başqa bir kişiylə gəzir"məlumatından sonra oğluyla birlikdə hadisə yerinə getdiklərini bildirən ata Kenan S "Bizə bir xəbər gəldi. Boşanma ərəfəsində olan oğlumun yoldaşının başqa bir kişilə gəzdiyini söylədilər. Hadisə yerinə getdik, onları birgə tutduq".
Tuğba S. ilə birgə tutulan gənc onun ailəli olduğundan xəbərsiz olduğunu deyib.