Türkiyə təhlükəsizlik gücləri Mersin vilayətində İŞİD terror qruplaşmasının döyüşçüsü ehtimal edilən 12 nəfəri saxlayıb.
Unikal.org-un "Sabah nəşrinə istinadən xəbər verir ki, onlar aprelin 16-da keçiriləcək referendumda terror aktlarına hazırlıqda şübhəli bilinir.
Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, terror qruplaşmasının referendum günü terror aktlarına hazırlığı kəşfiyyat məlumatları əsasında müəyyən edilib. Həmçinin müəyyən edilib ki, İŞİD öz döyüşçülərini seçki məntəqələrinə hücüm etməyə çağırıb.
İŞİD-ə qarşı əməliyyat həmçinin Mersin şəhəri, vilayətin Mut və Tarsus mahallarında keçirilib. Saxlanılan şəxslərdən onların İŞİD terror qruplaşmasında iştirakını sübut edən sənədlər və ədəbiyyat götürülüb.