Ermənistanda bir qrup hərbçi Yol Patrul Xidmətinin iki əməkdaşını döyüb.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, döyülmə nəticəsində xəsarət alan polis əməkdaşları - 38 yaşlı Artak Sarkisyan və 32 yaşlı Zoqrab Qalstyan xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, polisə hücum edən hərbçilər arasında zabitlər də olub.