Varşava məhkəməsi Rusiyanın Polşanın paytaxtında yerləşən diplomatik binadan istifadəsi üçün bu ölkədən 2,3 milyon dollar tələb edib.

Unikal.org-un "Ria Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin mətbuat xidmətinin rəhbəri Dorot Trautman bildirib.

Qeyd olunur ki, Varşava bələdiyyəsi Rusiya tərəfini 2009-2015-ci illər ərzində daşınmaz əmlakdan müqavilə olmadan istifadə etməkdə təqsirləndirərək 2,3 milyon dollar borcu qaytarmağı tələb edib.

Qərardan iki həftə ərzində şikayət verilə bilər.